“Rio-2016” Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 3 Azərbaycan idmançısı mübarizə aparacaq
Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarının səkkizinci günündə - sentyabrın 15-də 3 Azərbaycan idmançısı mübarizə aparacaq.

400 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində atletimiz Yelena Çebanu ikinci qrupda mübarizə aparacaq. Onun rəqibləri venesuelalı Greiliz Villaroel və kubalı Omara Durand olacaq.

Digər atletimiz Elmir Cəbrayılov isə 100 metr məsafəyə qaçış yarışlarının finalında gücünü sınayacaq. Atletimiz Kuba təmsilçisi Leinier Savon Pineda, Cənubi Afrika Respublikasından olan Ndodomzi Conatan Ntutu və almaniyalı Tomas Ulbrixtə qarşı yarışacaq.

Kamandan oxatma yarışlarında Zinyət Vəliyeva onaltıdabir final mərhələsində iranlı Zəhra Neməti ilə qarşılaşacaq.

Xəbər 1319 dəfə oxundu.