Neftçinin yeni baş məşqçisi bilindi
"Neftçi"nin yeni baş məşqçisinin kim olacağı müəyyənləşib. Paytaxt klubunu mövsümün sonuna kimi Elxan Abdullayev çalışdıracaq.

O, bu gün istefaya göndərilən Vəli Qasımovun boşaltdığı postu dolduracaq. Sözügedən mütəxəssis Azərbaycan yığmasında baş məşqçi Robert Prosineçkinin köməkçisidir. Ehtimal olunur ki, o, eyni zamanda millidəki işini də davam etdirəcək.

Xəbər 646 dəfə oxundu.