Şahmat üzrə “Baku Open” beynəlxalq turnirinin qalibləri müəyyənləşib
Uşaqlar arasında şahmat üzrə “Baku Open” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

111 iştirakçının mübarizə apardığı yarışda Raul Muxtarov, Leyla Budaqova, Alperen Kanlı, Nərmin Nəsibova, Mətin Mürsəlli və Səbinə Rzalı 8, 10 və 12 yaşlılar arasında 1-ci yeri tutublar.

“Baku Crystal Hall”da təşkil olunan turnirin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Xəbər 761 dəfə oxundu.