Rusiya bizimlə oyuna məkan tapa bilmir
“Dünya çempionatının pley-off mərhələsinin Azərbaycanla oyunu Tümendə olmayacaq. Böyük ehtimalla görüş Moskvada baş tutacaq”. İdman.com.az saytının məlumatına görə, bu sözü futzal üzrə Rusiya milli komandasının baş məşqçisi Sergey Skoroviç deyib. O, DÇ-2014-ün pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək Rusiya –Azərbaycan matçının Tümen və Yekaterinburqda keçirilə bilməməyinin səbəbini açıqlayıb:

“Səbəb çox sadədir. UEFA-nın əsasnaməsinə əsasən qonaq komanda oyun yerinə birbaşa uçuş reysi olmalıdır. Bakı – Moskva, Bakı – Sankt-Peterburq reysləri var. Lakin Bakı – Yekaterinburq, Bakı – Tümen reysləri yoxdur. Böyük ehtimalla Moskvada oynayacağıq. Zallarla bağlı variantlar çoxdur. Məsələn, “Dinamo” və ya MOİK-in zalı. Bunlar texniki məsələlərdir”.

Qeyd edək ki, Bakıda keçiriləcək Azərbaycan – Rusiya oyunu martın 27-də baş tutacaq. UEFA ruslara yığmamızla ev oyununun gününü seçmək üçün aprelin 8-12-i tarixlərini ayırıb.

Xəbər 1059 dəfə oxundu.