İsmayıllıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib
İsmayıllı Olimpiya İdman Kompleksində Azərbaycan yığmasının XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğurlara həsr edilmiş yeniyetmə və gənclər arasında cüdo açıq rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd cüdo idman növünün təbliğ və inkişaf etdirmək, yeniyetmə və gənclər arasında ən güclü idmançıları müəyyən etməkdən ibarətdir.

Yarışın hakimi Şəfaqət Bayramov tədbiri açıq elan edib. Sonra İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Cüdo Federasiyasının Regionlar üzrə Nəzarət Komitəsindən Tərlan Poladov, federasiyanın yarışlar üzrə Təşkilat Komitəsinin sədr müavini Şamil Sövzəliyev çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Xəbər 806 dəfə oxundu.