“Qarabağ”-“Slovan” matçını isveçrəli hakimlər briqadası idarə edəcək
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ”-“Slovan” (Çexiya) matçına hakim təyinatları açıqlanıb.

Görüşü isveçrəli hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Stefan Klossner olacaq. Ona həmyerliləri Raffael Zeder və Yan-Yves Viçt kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yohannes Voqel yerinə yetirəcək. Oyunun əlavə hakimləri isə Alain Bieri və Saşa Amhof olacaq.

Hakimlərin işinə moldovalı Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə bolqarıstanlı Pavel Kolev olacaq.

Qeyd edək ki, “Qarabağ”-“Slovan” matçı sentyabrın 15-də “Dalğa Arena”da start götürəcək.

Xəbər 838 dəfə oxundu.