Cüdoçumuz Ramil Qasımov “Rio-2016”nın finalına yüksəlib [YENİLƏNİB]
Qızıl medal uğrunda görüşdə Ramil Qasımov Ukrayna cüdoçusu Dmitri Solovey ilə üz-üzə gələcək.

Ramil Qasımov Almaniya təmsilçisi Nikolay Kornhassa qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi Dmitri Solovey (Ukrayna) – Feruz Sayidov (Özbəkistan) cütünün qalibi olacaq.

Azərbaycan cüdoçusu Ramil Qasımov (73 kq) “Rio-2016” XV Yay Paralimpiya Oyunlarında ilk qələbəsini qazanıb.

İlk mərhələdən azad olan cüdoçumuz Kuba təmsilçisi Gerardo Rodriqezi məğlub edərək yarımfinala yüksəlib.

Xəbər 1548 dəfə oxundu.