"Neftçi"nin futbolçuları Banişevskini layiqincə yad etdi
Anatoli Banişevskinin xatirəsinə həsr olunan yarış başa çatıb. İdman.com.az saytının məlumatına görə, "Neftçi" klubunun 14 yaşlı futbolçulardan ibarət komandası əfsanəsi futbolçumuzun turnirinin qalibi adını qazanıb. Bu gün "Dalğa Arena"da keçirilmiş final oyununda “ağ-qaralar” "İnter"li həmyaşıdlarından güclü olub. Matçda vurulmuş yeganə qolun müəllifi Vasif Abbasov olub.
Qeyd edək ki, bu gün 66 yaşı tamam olan mərhum Banişevski futbolçu karyerasını “Neftçi”də keçirib.

Xəbər 1227 dəfə oxundu.