“Qarabağ” komandası AZAL-ın qapısından 6 cavabsız top keçirib
Sentyabrın 9-da futbol üzrə Topaz Premyer Liqasının IV turuna start verilib.

“Əlincə Arena”da “Qarabağ” komandası AZAL-ı qəbul edib.

Baş hakim Orxan Məmmədovun idarə etdiyi oyunun ilk hissəsində “Qarabağ” rəqib qapısından üç cavabsız top keçirib. Görüşün 2-ci dəqiqəsində Reynaldo, 42-ci dəqiqəsində Maksim Medvedev və 4 dəqiqə sonra isə Migel Madera fərqləniblər.

İkinci hissədə də fəal olan Ağdam təmsilçisi daha üç qolla AZAL-ı məyus edib. Belə ki, matçın 60-cı dəqiqəsində Kintana hesab arasındakı fərqi 4-ə çatdırıb. Dördə dəqiqə sonra Reynaldo dubl edib. Daha bir dublla isə matçın 66-cı dəqiqəsində Maksim Medvedev yadda qalıb.

Beləliklə, görüş “Qarabağ”ın 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Dördüncü tur çərçivəsində sentyabrın 10-da “Neftçi”-“Qəbələ”, bir gün sonra isə “Kəpəz”-“Zirə” və “Sumqayıt”-“İnter” görüşləri keçiriləcək.

Xəbər 806 dəfə oxundu.