“Qəbələ” klubunun “Dinamo” ilə oyunlarının vaxtı dəqiqləşib | |
UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının birinci mərhələdə keçirəcəyi oyunların vaxtı dəqiqləşib. Rusiyanın “Dinamo” (Moskva) klubu ilə ilk qarşılaşma sentyabrın 21-də keçiriləcək. Öncədən sentyabrın 28-nə planlaşdırılan matçın vaxtı dəyişdirilib və 1 həftə əvvəl baş tutacaq. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək və matç saat 19:00-da başlayacaq. Komandalar arasında cavab oyunu oktyabrın 19-da baş tutacaq. Qarşılaşma Ximkidəki “Rodina” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. |
|
Xəbər 1044 dəfə oxundu. |
|
|