Bu gün Topaz Premyer Liqasında 4-cü tura start veriləcək
Bu gün Topaz Premyer Liqasında 4-cü tura start veriləcək. İlk oyun günündə bir görüş baş tutacaq.

Son ölkə çempionu "Qarabağ" AZAL-la qarşılaşacaq. Öz arenasında təmir işləri gedən Ağdam klubu "təyyarəçilər"i də Masazırdakı "Əlincə Arena"da qəbul edəcək.

Topaz Premyer Liqası
4-cü tur
9 sentyabr (cümə)

18:30. “Qarabağ” – AZAL
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, İsgəndər Əliyev, Vüqar Bayramov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov.
Maszır. “Əlincə Arena”.

Turun digər oyunları: 10 sentyabr (“Neftçi” – “Qəbələ”), 11 sentyabr (“Kəpəz” – “Zirə”, “Sumqayıt” – “İnter”).

Xəbər 828 dəfə oxundu.