Azərbaycanlı dünya çempionu Zabit Səmədov azarkeşləri ilə görüşüb
“WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov sentyabrın 8-də “Park Bulvar” ticarət-əyləncə mərkəzində mətbuat konfransı keçirib.

Dünya çempionu bir neçə gün əvvəl Azərbaycan Prezidenti ilə görüşməsindən və dövlətimizin başçısının onu qələbə münasibətilə təbrik etməsindən sonsuz qürur duyduğunu bildirib. Z.Səmədov rumıniyalı Katalin Moroşanu ilə keçirdiyi həlledici döyüş barədə təəssüratlarını bölüşüb. O, Azərbaycanda “WBC Muaythai” versiyası üzrə məktəbin yaradılmasının nəzərdə tutulduğunu deyib. Dünya çempionu, həmçinin gələcəkdə filmlərə çəkilmək istədiyini bildirib.

Mətbuat konfransından sonra Z.Səmədov azarkeşləri ilə xatirə şəkili çəkdirib, onlarla söhbət edib.

Xəbər 688 dəfə oxundu.