“Qarabağ”-“Slovan” oyunu “Dalğa Arena”da keçiriləcək
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçları çərçivəsində Ağdamın “Qarabağ” klubunun Çexiya təmsilçisi “Slovan” ilə keçirəcəyi oyunun stadionu məlum olub.

Qarşılaşma “Dalğa Arena”da oynanılacaq. Bir neçə gün əvvəl UEFA-dan ölkəmizə göndərilən nümayəndə heyətinin rəyindən sonra bu qərar verilib.

Qeyd edək ki, qarşılaşma sentyabr 15-də saat 19:00-da start götürəcək.

Xəbər 910 dəfə oxundu.