XV Yay Paralimpiya Oyunlarının ilk günündə Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulacaq
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının ilk günündə - sentyabrın 8-də Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulacaq.

İlk olaraq Azərbaycan cüdoçuları tatami üzərinə çıxacaqlar. Millimizin üzvü Ramin İbrahimov (60 kq) argentinalı Eduardo Qauto ilə qarşılaşacaq. Bayram Mustafayev (66 kq) isə Migel Vieyra (Portuqaliya) – Halison Oliviera Boto (Braziliya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Atletika yarışlarında isə üç idmançımız çıxış edəcək. Elçin Muradov uzunluğa tullanma, Elmir Cəbrayılov 400, Yelena Çebanu isə 100 metr məsafəyə qaçış yarışlarında güclərini sınayacaqlar.

Dmitri və Roman Saley qardaşları isə üzgüçülüyün batterflay növündə yarışacaqlar.

Xəbər 1133 dəfə oxundu.