Şahmatçılar üçün Bermuda Party təşkil olundu
42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçıları üçün ənənəyə uyğun olaraq "Bermuda Party" təşkil olunub. İstirahət günü ərəfəsində Bakı Şahmat Olimpiadasının qonaqları, məşqçilər, şahmatçılar və federasiya nümayəndələri musiqi sədaları altında rəqs ediblər.

Qeyd edək ki, "Bermuda Party" Şahmat Olimpiadalarının ənənəvi istirahət gecəsi hesab edilir və adətən olimpiada vaxtı təşkil olunur.

Xəbər 757 dəfə oxundu.