Azərbaycan ağır atleti İordaniyada təşkil olunan beynəlxalq turnirin sonuncu günündə gümüş medal qazanıb
İordaniyanın paytaxtı Əmmanda İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı başa çatıb.

Yarışın sonuncu günündə Azərbaycan ağır atletika yığmasının üzvü Azər Məmmədli körpücük üzərinə çıxıb. “Lənkəran-Zirvə” klubunun atleti 105 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 148, təkanla qaldırma hərəkətində isə 185 kiloqramı ram edib.

2012-ci il yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı olmuş A.Məmmədli toplam 333 kiloqram (148+185) nəticə ilə İordaniyada gümüş medala sahib çıxıb.

Azərbaycan millisi yarışı 2 qızıl və 5 gümüş medalla başa vurub.

Xəbər 745 dəfə oxundu.