İnterin prezidenti azarkeşlərlə görüşdü
"Bu gün “İnter”in prezidenti Rəşad Qasımov komandanın azarkeşləri ilə görüşüb. "İnter Arena”nın mətbuat konfransı zalında baş tutan görüşdə Rəşad Qasımov komandaya göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib.

Klub prezidenti azarkeşlərlə söhbətində komandanın qarşısında dayanan tapşırıqlar barədə qısa məlumat verib, bütün oyunlarda həmişəki kimi komandanı dəstəkləməyə çağırıb.

Azarkeş dəstəyinin yüksək səviyyədə saxlanılmasının vacibliyinə toxunan Rəşad Qasımov əlavə edib ki, klub azarkeşlərlə münasibətlərinin bundan sonra da inkişaf etdirilməsində maraqlıdır. Oyunlar zamanı ümumi futbol atmosferini pozacaq hərəkətlərə və şüarlara yol verilməməsinin mühüm məqam olduğunu vurğulayan klub prezidenti qeyd edib ki, klub rəhbərliyi belə müsbət davranışın bundan sonra da davam etməsi üçün zəruri dəstəyini əsirgəməyəcək.

Görüşdə azarkeşləri maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb və sonda azarkeşlərə komandanın ötən mövsüm idman köynəkləri, eləcə də azarkeş köynəkləri hədiyyə edilib.

Xəbər 786 dəfə oxundu.