"Bakcell Arena"da qazonun yenilənməsi işləri davam etdirilir
"Bakcell Arena"da qazonun yenilənməsi işləri davam etdirilir. "Qəbələ" sentyabrın 29-da Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki ev matçını məhz bu arenada keçirəcəyini dəqiqləşdirib.

Premyer Liqadakı ev oyunlarını "Bakcell Arena"da keçirən "Neftçi" isə hələ də bu arenaya nə vaxt qayıdacağını bilmir. Bunu saytımıza açıqlamasında komandanın baş məşqçisi Vəli Qasımov söyləyib: "Müvəqqəti "Əlincə Arena"da oynayırıq. Hələ bizə "Bakcell Arena"ya nə vaxt qayıdacağımızı söyləməyiblər".

Xəbər 777 dəfə oxundu.