Çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib
Çimərlik futbolu üzrə “FİFA dünya kuboku-2017” turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda çıxış edəcək Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Millimiz İspaniya, İsveçrə və Türkiyə yığmaları ilə qarşılaşacaq.

Millimiz sentyabrın 7-də İspaniya, bir gün sonra İsveçrə, sentyabrın 9-da isə Türkiyə komandası ilə üz-üzə gələcək.

Xəbər 677 dəfə oxundu.