Azərbaycan Paralimpiya lisenziyalarından rəsmən imtina etdi
İdman Arbetraj Məhkəməsinin çıxardığı qərara əsasən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan Paralimpiya Komitəsi tərəfindən verilmiş, Gənclər və idman nazirliyi tərəfindən bir müddət bundan öncə elan olunan qərara əsasən müsbət qarşılanmamış və lisenziyalar qəbul edilməmişdir.

Paralimpiya oyunlarının bu gün başlanmasını, Rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzərə alaraq, Azərbaycan tərəfi rəsmən 3 lisenziyadan imtina etmiş və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziya əsasında olimpiya oyunlarına qatılmışlar.

Xatırladaq ki, Rio -2016 paralimpiya oyunlarına 24 paralimpiyaçımız, 6 idman növündə ümumilikdə 41 lisenziya qazanıb.

Xəbər 1401 dəfə oxundu.