Dünya Köçəri Oyunlarında Azərbaycan idmançılarının medallarının sayı 16-ya çatıb
Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində keçirilən ikinci Dünya Köçəri Oyunlarında Azərbaycan idmançıları 16 medal qazanıblar.

İdmançılarımız bu günədək 4 qızıl, 4 gümüş, 6 bürünc medal qazanaraq komanda hesabında 4-cü yerdə qərarlaşıblar.

Sentyabrın 7-ə olan məlumata görə, komanda hesabında 33 medalla Qırğızıstan birinci yeri tutur. Rusiya 24 medalla ikinci, Qazaxıstan isə 18 medalla 3-cü yerdədir.

Xatırladırıq ki, Azərbaycandan bu yarışlarda 9 idman növü üzrə 38 idmançı, 6 hakim, 5 məşqçi iştirak edir.

AZƏRTAC

Xəbər 729 dəfə oxundu.