Qarabağ Ansi Aqolliyə görə UEFA-dan gəlir əldə edəcək
UEFA Azərbaycan çempionu "Qarabağ"a müdafiəçisi Ansi Aqollinin Fransada təşkil olunan Avropa çempionatındakı iştirakına görə maliyyə vəsaiti ayıracaq. Azerisport.az xəbər verir ki, Albaniya yığmasının üzvü qitə birinciliyindəki çıxışı ilə həm də Ağdam klubunun büdcəsinə də fayda vermiş olub.

Qitə futbol qurumu AÇ-də iştirak edən futbolçulara görə rekord sayda - 659 kluba maliyyə vəsaiti ödəyəcək. Bunun üçün 150 milyon avro ayrılıb. Həmin məbləğ sözügedən klublar arasında ayrılacaq. Bundan Azərbaycan çempionunun da büdcəsinə müəyyən məbləğ daxil olacaq.

Yaxın günlərdə UEFA AÇ-də iştirak edən futbolçularına görə qazanc əldə edən klubların tam siyahısını və dəqiq məbləği də açıqlayacaq.

Xəbər 848 dəfə oxundu.