Çempionlar məlum oldu
Fevralın 19-22-də Azərbaycan Tibb Universitetinin idman kompleksində Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının təqvim planına uyğun olaraq Azərbaycan çempionatı keçirilib. Yarış şəxsi – komanda xarakteri daşıyıb və burada paytaxt idmançıları ilə yanaşı Sumqayıt, Şəki, Samux, Salyan, Şirvan və Quba idmançıları qüvvələrini sınayıblar. Ümumilikdə çempionatda 80-dək tennisçi mübarizə aparıb.
Çempionatın yekun nəticələrinə əsasən aşağıdakı idmançılar fərqləniblər:
Oğlanların komanda yarışları
I yer - Bakı-1 (“Təhsil” RİM)
II yer - Sumqayıt-1
III yer - Bakı-2 (Tennis məktəbi)
Qızların komanda yarışları
I yer - Bakı-1 (“Aztelekom”)
II yer - Sumqayıt-1
III yer - Şəki
Qoşa yarışlar (kişilər)
I yer - Rüstəm Əliyev – Xəyal Həşimli
II yer - Ramil Cəfərov – Hilal Həsənov
III yer - Sənan Əliyev – Rafael Abramov
Qoşa yarışlar (qadınlar)
I yer- Rüfət Quliyeva – Zərif Əliyeva
II yer- Bilurə Eminova – Məryəm İmanova
III yer - Səbinə Batmanova – Nuranə Həmzəyeva
Qarışıq qoşa yarışlar
I yer - Bilurə Eminova – Xəyal Həşimli
II yer - Suğra Talıbova – Ramil Cəfərov
III yer - Zərif Əliyeva – Əli Bayramov
Qızların şəxsi yarışları
I yer - Bilurə Eminova (Sumqayıt)
II yer - Rüfət Quliyeva ( Bakı, “Aztelekom”)
III yer - Məryəm İmanova ( Sumqayıt)
Oğlanların şəxsi yarışları
I yer - Ramil Cəfərov (Bakı “Təhsil” RİM)
II yer - Rüstəm Əliyev (Sumqayıt)
III yer - Rafael Abramov ( Bakı, “Təhsil” RİM)
Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları və Stolüstü Tennis Federasiyasının hədiyyələri ilə təltif olunublar.

Xəbər 1242 dəfə oxundu.