Çimərlik futbolu üzrə Azərbaycan millisi Macarıstan yığmasına qalib gəlib
Çimərlik futbolu üzrə “FİFA dünya kuboku-2017” turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi ikinci oyununu keçirib.

Macarıstan yığması ilə qarşılaşan millimiz qələbə qazanıb – 7:3. Sabir Allahquliyevin het-trik, Asif Zeynalovun isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Orxan Məmmədov və Ramil Əliyev fərqləniblər.

Millimiz qrupda son oyununu sentyabrın 6-da Bolqarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Xəbər 687 dəfə oxundu.