Bakı Şahmat Olimpiadasında V turun təqvimi müəyyənləşib
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun təqvimi müəyyənləşib.

Beşinci turda kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşacaq. Dörd turdan sonra hər iki komanda itkisiz irəliləyir. İkinci komandamız Türkmənistanla, üçüncü yığmamız isə Zimbabve ilə qarşılaşacaq. Daha əvvəl Zimbabve əsas yığmamıza uduzub. Türkmənistan isə üçüncü millimizə qalib gəlib.

Qadınlardan ibarət əsas yığmamızın rəqibi Almaniya olacaq. İkinci millimiz İspaniyanı, üçüncü komandamız isə Özbəkistanı sınağa çəkəcək. Üçüncü turda qadınlardan ibarət ikinci komandamız Almaniya ilə heç-heçə oynayıb.

Azərbaycanın kişilərdən ibarət əsas komandası 8 xalla Çin, Hollandiya, Hindistan, Belarus və Ukrayna ilə birgə 1-6-cı yerləri bölüşür. “Azərbaycan-2” komandası 27-ci, “Azərbaycan-3” isə 71-ci pillədə qərarlaşıb. Qadınlardan ibarət birinci komandamız 11-ci, “Azərbaycan-2” 34-cü, “Azərbaycan-3” isə 39-cü pillədə qərarlaşıb. Qadınların mübarizəsində Ukrayna, Serbiya, Rusiya və Qazaxıstan 8 xalla 1-4-cü yerləri bölüşür.

Xəbər 726 dəfə oxundu.