Biləcəridə stolüstü oyunlar üzrə rayon birincilikləri keçirilib
Biləcəri istirahət parkında vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə sakinlər arasında stolüstü oyunlar üzrə Binəqədi rayon birincilikləri keçirilib.

Binəqədi Rayon Gənclər və İdman İdarəsi, rayonda fəaliyyət göstərən bələdiyyələr, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin təşkilatçılığı ilə keçirilən birinciliklərdə, ümumilikdə 250 sakin dama, şahmat və nərd yarışlarında qüvvəsini sınayıb.

Yarışın mükafatçılarına Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 1045 dəfə oxundu.