Çimərlik futbolu üzrə Azərbaycan millisi Fransa yığması ilə qarşılaşıb
Çimərlik futbolu üzrə dünya kuboku turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi ilk oyununu keçirib.

Fransa yığması ilə qarşılaşan futbolçularımız 2:3 hesabı ilə məğlub olublar. Komandamızın qollarını Asif Zeynalov və İlkin Hacıyev vurublar.

Millimiz turnirdə növbəti oyununu sentyabrın 4-də Macarıstan yığmasına qarşı keçirəcək.

Xəbər 698 dəfə oxundu.