Şahmatçılarımızın 2-ci turdakı rəqibləri müəyyənləşdi
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında ikinci turun təqvimi müəyyənləşib. Kişilərdən ibarət əsas millimiz Makedoniya ilə qarşılaşacaq. İkinci yığmamız Litvanı, üçüncü komandamız isə Belarusu sınağa çəkəcək.

Favoritlərdən Rusiya Türkmənistanla, ABŞ Şotlandiya ilə, Çin Belçika ilə, Ukrayna isə Albaniya ilə üz-üzə gələcək.

Qadınlardan ibarət əsas millimizin rəqibi Meksikadır. İkinci komandamız Monqolustan, üçüncü yığmamız isə Türkiyə ilə üz-üzə gələcək.

Favoritlərdən Çin Monteneqronu, Ukrayna Moldovanı, Rusiya Ekvadoru, Gürcüstan Filippini, Hindistan isə Braziliyanı sınağa çəkəcək.

Xəbər 665 dəfə oxundu.