Qamova yenə “Azərreyl”ə dəşhət saçdı
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Dinamo”K (Rusiya) – “Azərreyl” (Azərbaycan) görüşündə ən çox xal toplayan müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, qonşu ölkənin milli komandasının da lideri olan Yekaterina Qamova 3:1 hesabı ilə qalib gəldikləri matçın bombardiri olub. O, “Azərreyl” ilə görüşdə 26 xal qazanıb.

Bizdən yenə Polina Rəhimova fərqlənib. Gənc voleybolçumuz bu dəfə hesabına 20 xal yazıb. “Dəmiryolçular”ın digər üzvlərinə gəlincə, Oksana Kovalçukla Sara Anzanello hərəyə 11, Hizer Erin Brun 10, Karolina Kozek 8, Paulino De Souza Pereyra 3 və Nutsara Tomkom 2 dəfə fərqləniblər.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 28-də Bakıda olacaq.

Xəbər 1479 dəfə oxundu.