FIFA Deniz Yılmazla bağlı qərarını açıqladı
FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Deniz Yılmazla bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib. AFFA tərəfindən açıqlanan qərarda bunlar qeyd olunub:

1. AFFA və futbolçu Deniz Yılmazın assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.

2. Futbolçu Deniz Yılmaza bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.

FIFA bu barədə UEFA və Türkiyə Futbol Federasiyasını da məlumatlandırıb.

Xəbər 785 dəfə oxundu.