Qəbələnin rəqibi Bakıya nümayəndələrini göndərdi
Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Almaniyanın "Maynts" klubunun rəhbərliyi Azərbaycana nümayəndələrini göndərib. Ötən gecə Bakıya təşrif buyuran almanlar bu gün Bakıdakı otellərə baxacaqlar, matçın keçiriləcəyi "Bakcell Arena" ilə tanış olacaqlar.

Qeyd edək ki, "Maynts" qrup mərhələsinin ikinci turunda Bakıda "Qəbələ"nin qonağı olacaq. Həmin matç sentyabrın 29-da baş tutacaq.

Xəbər 857 dəfə oxundu.