Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan şahmatçılarının ilk rəqibləri məlum olub
Bu gün “Bakı Kristal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının oyunlarına start verilir.

Yarışlarda rekord sayda komanda iştirak edir. Kişilərin komanda turnirində 181 yığma komanda, qadınların yarışlarında isə 142 komanda mükafatlar uğrunda mübarizə aparacaq. Turnir iştirakçılarının, hakimlərin, jurnalistlərin, məşqçi və nümayəndələrin, habelə FİDE-nin konqresinin nümayəndələrinin ümumi sayı 3.000 nəfərdən çoxdur.

Birinci turda Azərbaycanın birinci yığması Zimbabve komandası ilə, ikinci komandamız Mozambik şahmatçıları ilə qarşılaşacaq, üçüncü komandamızın rəqibləri isə Papua-Yeni Qvineya şahmatçıları olacaq.

Azərbaycanın kişilərdən ibarət yığma komandasının əsas rəqibləri Rusiya, ABŞ, Çin, Ukrayna, Fransa və Polşa komandaları olacaq.

Qadınlardan ibarət komandaların mübarizəsində Azərbaycanın birinci yığmasının rəqibi Nikaraqua, ikinci komandamızın rəqibləri Yaponiya, üçüncü komandanın rəqibləri isə Lesoto şahmatçıları olacaq. Ölkəmizin qadın şahmatçılarının əsas rəqibləri Çin, Ukrayna, Rusiya, Gürcüstan, Hindistan, ABŞ və Macarıstan təmsilçiləri olacaq.

Azərbaycan-1 – Zimbabve

Şəhriyar Məmmədyarov – Roduell Makoto

Teymur Rəcəbov – Farai Mandija

Arkadi Naydiç – Gödəkcə Masanqo

Eltac Səfərli – Takudzva Muşore

Azərbaycan-2 – Mozambik

Vasif Durarbəyli – Mateus Elis

Nicat Abbasov – Uilton Kalikoa

Qədir Hüseynov – İlidio Çunquane

Namiq Quliyev – Donaldo Paiva

Papua-Yeni Qvineya – Azərbaycan-3

Stüart Fensi – Vüqar Əsədli

Helmut Marko – Nail Bəşirli

Helmut Marko Cunior – Məhəmməd Muradlı

Kreyq Şexan – Pərviz Qasımov

Qadınların yarışları

Nikaraqua – Azərbaycan-1

Katya Mendeta - Zeynəb Məmmədyarova

Mariya Qranados - Gülnar Məmmədovdur

Pamela Alarkon - Aydan Höcətova

Mariya Moraqa – Nərmin Kazımova

Yaponiya – Azərbaycan-2

Mirai İşizuka – Türkan Məmmədyarova

Karen Xoşino - Xəyalə Abdulla

Azumi Sakai – Ülviyyə Fətəliyeva

Misaki Şibata - Nərgiz Umudova

Lesoto – Azərbaycan-3

Maboloko Leboela – Nərminə Məmmədova

Tisetso Xatane - Xanım Balacayeva

Nqatane Liketsenq – Gövhər Beydullayeva

Natali Makferson - Aynur Kətanova

İsveçrə sistemi üzrə keçirilən yarışlar 11 turdan ibarət olacaq. Oyun günləri 2-6 sentyabr və 8-13 sentyabr olacaq, sentyabrın 7-si isə Olimpiadada istirahət günüdür.

İlk 10 tur Bakı vaxtı ilə saat 15:00-da, sonuncu - 11-ci tur isə saat 11:00-da başlanacaq.

Xəbər 728 dəfə oxundu.