Güləşçimiz Elis Manolova dünya çempionatının bürünc medalına sahib olub
Fransanın Makon şəhərində gənclər arasında güləş üzrə dünya çempionatı davam edir.

Üçüncü yarış günündə 44, 51, 59 və 67 kiloqram çəki dərəcələrində gənc qızlar mübarizə aparıblar. Azərbaycan güləşçiləri iki çəki dərəcəsində təmsil olunub.

Yarışda 67 kiloqram çəkidə mübarizə aparan Elis Manolova ardıcıl olaraq Özbəkistan və Ukraynadan olan rəqiblərini məğlub edib. Yarımfinalda güləşçimiz Fransa təmsilçisi ilə görüşü uduzub. Bürünc medal görüşünə haqq qazanan Elis Manolova həlledici görüşdə Hindistan təmsilçisini məğlub edib. Bu qələbə ilə güləşçimiz çempionatın bürünc medalına sahib olub.

Xəbər 652 dəfə oxundu.