Qarabağ Zaqatalaya qalib gəldi
Son ölkə çempionu "Qarabağ" milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edərək, yoxlama oyununda qüvvəsini sınayıb. Ağdam klubu birinci divizion təmsilçisi "Zaqatala" ilə qarşılaşıb.

Oyun Qurban Qurbanovun komandasının qardaşı Musa Qurbanovun prezidenti olduğu aşağı liqa təmsilçisi üzərində 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubunun qollarını dubla imza atan Reynaldo və Riçard Almeyda, eləcə də Dino Ndlovu vurub.

Xəbər 781 dəfə oxundu.