Radik İsayev Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdünə layiq görülüb
Azərbaycan Prezidenti İlham Əliyev Radik Veleddin İsayevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

R.İsayev xüsusi olimpiya təqaüdünə XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə layiq görülüb.

Xatırladaq ki, taekvondoçu R.İsayev “Rio-2016”da milli komandamıza qızıl medal qazandırıb.

Xəbər 2142 dəfə oxundu.