“Növbəti mərhələyə yüksəlmək şansımızı saxlayırıq” | |
“Biz “Fənərbağça”ya qarşı yaxşı oynamadıq. Xüsusilə, top qəbulunda pis təsir bağışladıq”. İdman.com.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Zoran Qayiç deyib. Serbiyalı mütəxəssis Avropa Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında dünən “Fənərbağça”ya 0:3 hesabı ilə uduzduqları oyun barədə fikirlərini açıqlayıb. O bildirib ki, komandası hələ “dördlər finalı”na yüksəlmək şansını saxlayır: “Biz Türkiyədə bir həftə sonra cavab matçına çıxacağıq. Orada yaxşı oynayıb, qələbə qazanmalıyıq. Bunun üçün də növbəti mərhələyə yüksəlmək şansımızı saxlayırıq”. |
|
Xəbər 1015 dəfə oxundu. |
|
|