Bakı Şahmat Olimpiadasına həsr olunan poçt markaları hazırlanıb | |
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC ənənəyə sadiq qalaraq, əlamətdar hadisələrə həsr olunan yeni markalar dövriyyəyə buraxıb. “Azərmarka” MMC-nin hazırladığı növbəti markalar sentyabrın 1-də Bakıda start götürəcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr edilib. Bu seriyada 5 poçt markası dövriyyəyə buraxılıb. Nəfis dizaynda hazırlanan blokun üzərində yer alan poçt markalarının hər birinin nominal dəyəri 0,5 manat təşkil edir. Xatırladaq ki, ötən il “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” seriyasından hazırlanan poçt markası İtaliyada yayımlanan “L`arte del Francobollo” jurnalı tərəfindən “Ayın ən orijinal markası” seçilmişdi. |
|
Xəbər 735 dəfə oxundu. |
|
|