Beynəlxalq Boks Assosiasiyası hakim sistemində islahatlara başlayıb
Beynəlxalq Boks Assosiasiyası (AIBA) Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarından sonra yeni islahatlara başlayıb. İslahatlara mötəbər turnirdən sonra edilən şikayətlər səbəb olub.

Bu barədə açıqlama verən AIBA prezidenti Çinq-Kyo hakimlərin fəaliyyəti və onların təyinatı prosedurunda dəyişiklik ediləcəyini bildirib: “Yeni yol xəritəsində başlıca məsələ hakim sistemində islahatların aparılması durur. Xüsusilə qarşılaşmalar zamanı münasib hakim fəaliyyəti və eləcə də onların təyinatı üzrə prosedurun dəyişdirilməsi həyata keçiriləcək”.

“Rio-2016” ilə əlaqədar milli federasiyalardan beynəlxalq quruma daxil olan şikayətlərdən sonra iki hakim vəzifəsindən kənarlaşdırılıb.

Xəbər 729 dəfə oxundu.