“Bavariya” və “İnter” səfərdən məğlub dönürlər
Dünən Avropa Çempionlar Liqasında 1/8 finalın ilk oyunları başa çatıb. İdman.com.az saytının məlumatına görə, adı çəkilən mərhələdə 2010-cu ildə bu mötəbər yarışın finalında görüşən komandalar - “İnter” və “Bavariya” səfər matçlarına çıxıblar.

O vaxt turnirin qalibi olan “İnter”in hazırda işləri yaxşı getmir. Çempionatda son turlarda məğlubiyyətləri sıralayan Milan təmsilçisinin hətta mükafatçılar sırasına düşməyi çətin görünür. Elə matçın gedişatı da bunu deyib. “Qara-göylər” rəqib qapısına yol tapa bilməyib. Əvəzində, ev sahibi əlavə edilmiş son dəqiqədə fərqlənib.

“Bavariya”nın “Bazel”lə sınağı az maraq doğurmurdu. İlk baxışdan münhenlilər bu cütün aşkar favoriti sayılsa da, onlar gözlənilmədən İsveçrə təmsilçisinə məğlub olub.

Çempionlar Liqası. 1/8 final mərhələsinin ilk oyunları
22 fevral

“Bazel” (İsveçrə) – “Bavariya” (Almaniya) - 1:0
Valentin Stoker, 86

“Olimpik”M (Fransa) – “İnter” (İtaliya) - 1:0
Andre Ayyu, 90

Xəbər 920 dəfə oxundu.