İncəsənət və şahmat festivalı
42-ci Şahmat Olimpiadası çərçivəsində keçirilən və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şahmat Olimpidasının Əməliyyət Komitəsi tərəfindən təşkil olunan İncəsənət və Şahmat Festivalı başa çatıb. Festivalda iştirak edən 23 rəssam şahmat fiqurlarını müxtəlif rənglərə boyamaqla onların üzərində qeyri-adi, unikal rəsmlər çəkib.

Öz istedadı sayəsində kreativlik və şahmat ab-havası yaradan rəssamlar hər bir fiquru özünəməxsus incəsənət nümünəsinə çevrilməsinə nail olub.

Xəbər 796 dəfə oxundu.