İspan klubu həbsdə olan futbolçu ilə müqavilə bağlayıb
İspaniyanın “Real Aviles” klubu həbsdə olan sabiq futbolçusu Aleks Ariasla müqavilə imzalayıb.

Bu gün 27 yaşlı futbolçunun təqdimat mərasimi keçirilib.

Mərasim komandanın stadionunda baş tutub. Anlaşmaya əsasən futbolçu yalnız məşq və oyun vaxtı komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Arias 2015-ci ilin yanvarında dörd il müddətinə azadlıqdan məhrum edilib. O, 2011-ci ildə iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında təqsirkar bilinib.

Xəbər 786 dəfə oxundu.