AFFA prezidenti futzal üzrə millimizlə görüşdü
AFFA-nın prezidenti Rövnəq Abdullayev Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində futzal üzrə Azərbaycan milli komandası ilə görüşüb. Görüşdə AFFA-nın vite-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov iştirak edib.

Rövnəq Abdullayev Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsində çıxış edəcək milli komandaya uğurlar arzulayıb. Zaur Axundov millinin hazırlıq prosesi barədə ətraflı məlumat verib, komandanın mötəbər turnirdə uğurla çıxış edəcəyinə ümid etdiyini bildirib, yaradılmış şəraitə və dəstəyə görə AFFA-ya təşəkkür edib.

Xəbər 706 dəfə oxundu.