AFFA prezidenti millimizi təbrik edib
AFFA-nın prezidenti Rövnəq Abdullayev çimərlik futbolu üzrə Azərbaycan milli komandasını təbrik edib:

“İtaliyada təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində milli komandamız bütün oyunlarını qələbə ilə başa vurub. Türkiyə, İngiltərə, Çexiya və Macarıstan yığmalarına qalib gələn futbolçularımız B divizionundan A divizionuna yüksəlib. Gözəl nəticədir və bu münasibətlə millinin baş məşqçisi Zeynal Zeynalovu, komandanın futbolçularını, uğurlu nəticənin əldə olunmasında zəhmət çəkən hər bir şəxsi təbrik edirəm. Ümidvaram ki, qarşıdakı yarışlarda da qələbələr qazanaraq azarkeşləri sevindirəcəklər”.

Xəbər 745 dəfə oxundu.