“Qarabağ”ın qolkiperi milliyə çağırılıb
“Qarabağ” futbol klubunun qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasına dəvət alıb.

İ.Şehiç 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək matçda meydana çıxa biləcək. Onun milli komandası isə Estoniya yığmasına rəqib olacaq.

Bosniya və Herseqovina - Estoniya matçı sentyabrın 6-da oynanılacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:45-də start götürəcək.

Xəbər 703 dəfə oxundu.