Azərbaycan şahmatçısı gənclər arasında Avropa birinciliyində bürünc medal qazanıb
Praqada şahmat üzrə Avropa birinciliyi başa çatıb. Azərbaycan nümayəndəsi Əli Süleymanov bürünc medal qazanıb.

Birincilikdə medallar uğrunda yaşı 18-dən çox olmayan 1310 idmançı, o cümlədən Azərbaycanın 23 nümayəndəsi mübarizə aparırdı. Yarışlar 9 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilib.

8 yaşa qədər şahmatçılar arasında Bakı çempionu Əli Süleymanov 7 xal toplayaraq bürünc medal qazanıb. Yekaterinburq nümayəndəsi Artyom Pinqin 7,5 xal toplayaraq turnirdə birinci yeri tutub. O, yeddi şahmatçıdan ibarət qrupu yarım xal qabaqlamağa nail olub. Bu yeddi şahmatçı arasında gümüş medaIın sahibi əlavə göstəriciləri daha yaxşı olan Rumıniya nümayəndəsi Matey-Valeriu Moqirzanu olub.

Sentyabrın 21-də isə Xantı-Mansiyskdə 15, 17 və 19 yaşlı şahmatçılar arasında dünya birinciliyinə start veriləcək. Bu yarışlarda Azərbaycan şahmatçıları da iştirak edəcəklər.

Xəbər 808 dəfə oxundu.