İnter Gürcüstan klubuna qalib gəldi
Gürcüstanda təlim-məşq toplanışında olan "İnter" bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama matçına çıxıb. Zaur Svanadze komandasını "Samtredia" ilə görüşdə sınaqdan keçirib.

Oyun Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt klubunun qollarını Slavik Alxasovla Samir Zərgərov vurub.

"İnter"in start heyəti: Orxan Sadıqlı, Slavik Alxasov, Denis Silva, Adrian Skarlatake, İlkin Qırtımov, Mirhüseyn Seyidov, Elnur Abdullayev, Məmməd Quliyev, Mirsahib Abbasov, Samir Zərgərov, Rauf Əliyev.

Xəbər 644 dəfə oxundu.