Qarabağın rəqibi qələbə qazandı
Futbol üzrə İtaliya A Seriyasında 2-ci turun oyunları keçirilib. Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Kyevo" ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan qələbə ilə ayrılıb - 1:0. Görüşdəki yeganə qolu 29-cu dəqiqədə Karlos Sançes vurub.

Qeyd edək ki, "Fiorentina" 2 turdan sonra 3 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər 761 dəfə oxundu.