Azərbaycanın olimpiya çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” 10 oktyabr 2002-ci il tarixli fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanın aşağıdakı olimpiya çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdləri verilsin:
Abdullayev Namiq Yədulla oğlu
Hüseynov Nazim Qalib oğlu
Meftəhəddinova Zemfira Əli qızı
Şabanova Rəfiqə Mahmud qızı
Şubina Lyudmila Yeqorovna
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2002-ci il.

Xəbər 1012 dəfə oxundu.