"Neftçi”nin 10 oyunçusu məşqə qatılmadı
"Neftçi”nin əsas komandası məşqlərini davam etdirir. Komandanın 10 oyunçusu müxtəlif səbəblərdən məşqlərdə iştirak etmir. Araz Abdullayev, Rəhman Hacıyev və Ruslan Qurbanov əsas milli komandamızın, Vançe Şıkov Makedoniya millisinin, Rahil Məmmədov və Fəhmin Muradbəyli isə U-21 yığma komandasının düşərgəsindədir. Bundan əlavə, Dario Melnyak, Məqsəd İsayev və Murad Ağayev zədə səbəbindən məşqlərə qatılmayıb, Elşən Abdullayev isə fərdi olaraq məşqlərini davam etdirir.

Qeyd edək ki, dünən klubun təlim-məşq bazasında məşq edən "Neftçi” bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında hazırlıq keçəcək.

Xəbər 751 dəfə oxundu.