Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərə yığmasını məğlub edib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunan Avropa Liqasının super final mərhələsində uğurlu iştirakını davam etdirir.

Millimiz turnirin növbəti qarşılaşmasında İngiltərə yığmasını 2:0 hesabı ilə məğlub edib. Gərgin mübarizə şəraitində keçən matçda Sabir Allahquliyev və Hikmət Bağırov hərəyə bir dəfə fərqləniblər.

Yığmamız avqustun 27-də Çexiya komandası ilə qarşılaşacaq.

Xəbər 847 dəfə oxundu.